az | ru
izZzZzZ...

FAQ

İZ kartını necə əldə etmək olar?
Partnyor mağazalarda alış-veriş edərkən bu kart sizə təqdim olunur.

İZləri harada toplamaq və xərcləmək olur?
İZ şəbəkəsi çərçivəsində istənilən yerdə bonusları toplaya və xərcləyə bilərsiniz.

Kartımda yığılan İZlərin balansını necə öyrənə bilərəm?
Kartınızda yığılan balansı öyrənmək üçün veb səhifəmizdəki şəxsi kabinet hissəsinə daxil olaraq və ya partnyor şəbəkələrin satış nögtələrində kassadan soruşa bilərsiniz.

Kart vasitəsilə online ödənişlər etmək olarmı?
Hal-hazırda ödənişlər etmək mümkün deyil.

Kartdan nağd pul çıxartmaq olarmı?
Xeyr, kartdan pul çıxartmaq mümkün deyil.

Kartda yığılan bonuslar hansı zamana qədər aktivdir?
Kartdakı yığılan İZlər bir il müddətində aktiv olacaq. İstifadə olunmadıqda toplanmış bonuslar balansınızdan silinir.

PİN kod nə üçün lazımdır?
Skretç kart üzərində təqdim olunan PİN Sizə aliş veriş zamanı topladığınız bonuslar vasitəsi ilə ödəniş etmək imkanı verir.

İzim.az veb səhifəsində necə qeydiyyatdan keçmək olar?

İzim.az veb səhifəsinin şəxsi kabinetindən istifadə üçün aşağıda qeyd olunan mərhələləri adlıyaraq qeydiyyatdan keçmeyiniz zəruridir:

  1. İzim.az səhifənin aşağısında əks olunan “Qeydiyyat” düyməsini klikləyin;
  2. Kartın üzərində olan 16 rəqəmli nömrəni “Kart nömrəsi” xanasına daxil edin;
  3. 16 rəqəmli nömrənin altında kartın müddətinin bitmə tarixi növbəti formatda yerləşdirilib - ay/il (Misal üçün, 05/14). Bu rəqəmləri “Son istifadə tarixi” sözlərinin altında yerləşən xanalara daxil edin;
  4. Kartınızın arxasındakı 3 (üç) rəqəmli nömrəni (CVC nömrə) “CVV/CVV2” xanasına daxil edin. Bu təhlükəsizliyiniz üçündür;
  5. “İrəli” düyməsini klikləyin;
  6. Növbəti səhifədə qeyd olunan xanaları şəxsi məlumatlarla doldurub “Aktivləşdirmə” düyməsini klikləyin.
  7. Qeydiyyat yalnız, Azərbaycan əlifbasına xas olan xüsusi hərflər və simvollar istisna olmaq şərti ilə, latın əlifbasında mövcud olan hərflərin istifadəsi ilə həyata keçirilə bilər.
Allure
70 IZ 10 manata
Nano electronics
20 IZ 10 manata
Greenwich
100 IZ 10 manata
9 AY
40 IZ 10 manata
AVTOYUYUCU
150 IZ 10 manata